Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ADBTİA-da növbəti ixtisasartırma proqramı üzrə seminar keçirildi

Ölkənin bir sıra federasiyalarının təmsilçiləri  üçün “idman psixologiyası” üzrə təlim keçirildi

4 iyul 2017-ci il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “İdman psixologiyasının artan əhəmiyyəti” mövzusunda seminar keçirildi. Seminarı aparan həkim-psixoterapevt, idarəetmə üsulları üzrə aparıcı ekspert, məşqçi və idman psixoloqu Həlimə Qəmərlinskaya son illərdə ölkəmizdə idmanın mühüm siyasi və iqtisadi, təşkilatı və inzibati, ideoloji və mədəni rolundan  danışdı.

H. Qəmərlinskayanın sözlərinə əsasən, idman sahəsində aparılan dəyişiklər və inkişaf öz növbəsində idman ictimaiyyətinin, eləcə də idman mütəxəssislərinin idmana yanaşma tərzi və təsirində öz əksini tapır. İdmanda aparılan islahatlar, inkişaf nəticədə idman psixologiyasında yeni paradiqmalar, nəzəri prinsiplər və təcrübələr yaradır.

Seminar zamanı iştirakçılar idman psixologiyasının hazırkı vəziyyəti, ehtiyacları və meydana çıxan problemləri müzakirə etdilər, bir çox aktual problemlərin həlli üçün metodoloji strategiyalar haqqında məsləhətlər ala bildilər.

Xəbərlər