Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Fəxrimiz!

Səhifəmizin dəyərli izləyiciləri, daha bir xəbəri sizinlə bölüşməkdə qürur hissi duyuruq!
Belə ki, Akademiyamızda çalışan rektorunun müşaviri və strateji inkişaf şöbəsinin müdiri Şəms Mustafayeva Hindistanın Yeni Dehli şəhərində ənənəvi olaraq keçirilən Dünya Qadınlarının İqtisadi Forumunda beynəlxalq mükafatla təltif edilib. Şəms xanım Azərbaycanda və regionda qadınların inkişafına verdiyi töhfəyə görə “Hamımız üçün yaxşı dünya yaradan Qadın İkonası” mükafatına layiq görülüb.
150-dən artıq ölkədən 2 mindən çox nümayəndə heyətinin, o cümlədən 500-dən çox qadın liderin qatıldığı Forumda əsasən yaradıcılıq, innovasiya, özünü inkişaf, gələcəyə baxış, təhsil, karyera və s. istiqamətlər üzrə səmərəli müzakirələr aparılır.
Şəms Mustafayeva Forumda ölkəmizi təmsil edən yeganə azərbaycanlı olmaqla yanaşı, “Hamımız üçün yaxşı dünya yaradan Qadın İkonası” mükafatına layiq görülən ilk həmyerlimizdir.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının adından əməkdaşımızı səmimi qəlbdən təbrik edirik!

Xəbərlər