Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

İndoneziya səfirliyinin nümayəndələri ADBTİA-nın qonaqları oldular

Görüş zamanı tələbələr  “Pencak silat” idman növü ilə daha yaxından tanış oldular.

Qarşıdan gələn IV İslam Həmrəyliyi Oyunları ərəfəsində iştirakçı ölkələrin mədəniyyəti, idman növlərini daha yaxşı bilmək üçün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında iştirakçı ölkələrin nümayəndəkləri ilə mütəmadi olaraq idman xarakterli görüşlər keçirilir. Bu görüşlərin biri İdnoneziya mədəniyyəti, ölkənin məşhur və tanınmış idman növləri ilə daha yaxından tanış olmaq üçün İndoneziya Respublikasının səfriliyi ilə görüş keçirildi.

Görüş zamanı səfir Hüsnan Bəy Fananie İndoneziyanın milli idman növü olan “Pencak silat” oyunu haqqında tələbələrə geniş məlumat verdi və oyunun əsas ünsünlüklərindən danışdı. Tələbələr həmçinin praktik məşğələlər ilə bağlı tövsiyələr aldılar.

Əlbəyaxa döyüş növü olan və gənclərdə çeviklik, cəldlik, sarsılmaz güc, iradə, əzm və özünə inam yaradan “Pencak silat” oyunu artıq Respublikamızda kütləvi maraq formalaşmaqdadır. Hələ ötən il  30 aprel – 1 may tarixləri arasında bunu nəzərə alan “Sindo-ryu və Pencak-silat” Federasiyası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş Azərbaycan birinciliyi və çempionatı keçirmişdir.

Görüş zamanı cənab səfir Azərbaycan və İndoneziya arasında iqtisadiyyatın bütün sahələrində, xüsusən ticarət, turizm, eyni zamanda təhsil sektorunda yüksələn xətlə davam edən əməkdaşlıqdan danışdı. Bundan başqa səfir  əhalisinin sayına görə ən böyük müsəlman ölkələrindən biri olan İndoneziya haqqında tələbələrə ölkənin tarixi, coğrafiyası, milli xüsusiyyətləri barədə ətraflı danışıb. Səfir onu da vurğulayıb ki, 12 – 22 may arasında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına İndoneziya Respublikası böyük  idmançı heyəti ilə qatılacaq.

Sonda xüsusi gələn qonaqlar tələbələr üçün İndoneziya milli musiqilərini ifa etdilər.

Xəbərlər