Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ADBTİA-nın Həmkarlar İttifaqı Komitəsinə yeni sədrinin seçilməsi

11 may 2017-ci il tarixdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında rektor Fuad Hacıyevin sədrliyi ilə Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirilmişdir. Gündəliyin əsas məsələlərdən biri də Akademiyanın Həmkarlar İttifaqı Komitəsinə yeni sədrinin seçilməsi idi. Rektor Fuad Hacıyev, Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin sədri Cəmilə xanım Səttarova və konfransın 47 nəfərdən ibarət professor müəllim heyətinın təşəbbüsü ilə Akademiyanın Tələbə gənclərlə iş üzrə müşaviri, pedaqogika üzrə fəlsəfə doktoru, professor Yusif Məmməd oğlu Babanlı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Həmkarlar İttifaqı Komitəsinin sədri seçilmişdir.

Xəbərlər