Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

"Silahlı Qüvvələr Günü"nə həsr olunmuş atıcılıq yarışı

23 iyun 2017 ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə "26 İyun - Silahlı Qüvvələr Günü"nə həsr olunmuş atıcılıq yarışı keçirilmişdir. Yarışda ümumilikdə 53 gənc iştirak etmişdir. Yarışda I yeri Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbəsi Əli Abbasov, II yeri Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Kamil Kərimli, III yeri isə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin 
tələbəsi Fuad Hümbətov tutmuşdur. Sonda qalib gələn iştirakçılar diplomlarla təltif olunmuşdular.

Xəbərlər