Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES və MGİMO-nun “İdman menecmenti” ikili magistr proqramının təqdimatı olub

Sentyabrın 21-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) konfrans zalında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (universitet) (MGİMO) ilə birgə reallaşdırılan yeni “İdman menecmenti” ikili magistr proqramının təntənəli təqdimat mərasimi olub. Tədbirdə ASAPES-in Tədris və elmi işlər üzrə prorektor Təhminə Tağı-zadə, MGİMO-nun inkişaf üzrə prorektoru, ali təhsil müəssisəsinin rektorunun Aparat rəhbəri Artyom Malgin, Rusiya Beynəlxalq Olimpiya Universitetinin Elmi işlər üzrə prorektoru Nikolay Peşin, həmçinin ASAPES və MGİMO-nun əməkdaşları və magistrantlar iştirak ediblər.

ASAPES-in Tədris və elmi işlər üzrə prorektoru Təhminə Tağı-zadə açılış niqti ilə çıxış edərək həyata keçirilən proqram barədə məlumat verib. MGİMO-nun inkişaf üzrə prorektoru Artyom Malgin vieokonfrans formatında iştirakçıları salamlayaraq proqramın tələbələr qarşısında açdığı imkanlardan danışıb və onlara təhsil prosesində uğurlar arzulayıb.

Daha sonra söz Rusiya Beynəlxalq Olimpiya Universitetinin Elmi işlər üzrə prorektoru Nikolay Peşinə verilib. O, magistr proqramı modulları haqda ətraflı məlumat verərək bu istiqamətdə təhsilin üstülüklərindən söhbət açıb.

ASAPES-in “İdman menecmenti və kommunikasiya” kafedrasının müdiri Nailə Kələntərli təhsil qrafiki ilə bağlı məlumatları səsləndirərək baza növləri və ixtisaslaşma haqda iştirakçılara məlumat verib. Tədbirin sonunda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev magistrantlara ASAPES və MGİMO-nun tələbə biletlərini təqdim edib.

#ASAPES #İdmanAkademiyası

Xəbərlər