Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-də ÜST nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun reabilitasiya üzrə beynəlxalq müşaviri xanım Syu Eytel (Sue Eitel), Reabilitasiya, KT və Əlillik üzrə məsləhətçi, professor Vüqar Məmmədov, həmçinin “ComplexCore” qurumunun icraçı direktoru Roman Yahoda ilə görüş keçirilib.

ASAPES-in rektoru Fuad Hacıyev və Tədris və elmi işlər üzrə prorektor Təhminə Tağı-zadənin iştirakı ilə keçirilən görüşdə ÜST-ün Köməkçi Texnologiyalar Sektorunun Gücləndirilməsi layihəsi əsas müzakirə mövzusu olub. Həmçinin, ASAPES-də reabilitasiya sahəsində “İdman tibbi və reabilitasiya” və “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisasları üzrə mütəxəssislərin hazırlanmasının və bu sahədə elmi işlərin aparılmasının əhəmiyyəti vurğulanıb.

Görüş zamanı qonaqlara ASAPES-in fəaliyyətindən bəhs edən film nümayiş etdirilib, daha sonra Elmi-tədris laboratoriyasına baxış keçirilib və mərkəzin fəaliyyət istiqaməti barədə məlumat verilib.

#ASAPES #İdmanAkademiyası

Xəbərlər