Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Üzücü xəbər: Tələbəmiz şəhid olub

Dərin təəssüf hissi ilə bildiririk ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının qiyabi şöbəsinin tələbəsi ("Məşq və fiziki hazırlıq" fakültəsi, boks) Cəmil Anar oğlu Qurbanzadə düşmən təxribatının qarşısını alarkən şəhid olub.

Şəhid Cəmil Qurbanzadə 2003-cü il aprelin 27-də Astara şəhərində anadan olub. 2020-ci ildə Astara şəhəri 2 saylı tam orta məktəbini bitirib. Elə həmin il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının qiyabi şöbəsinə daxil olub və 2021-ci ilin aprel ayında həqiqi hərbi xidmətə yollanıb.

Sentyabrın 12-13-də ermənilər tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatların qarşısı alınarkən Cəmil Qurbanzadə şəhid olub.

Şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik!

Xəbərlər