Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Təkrar (ikinci) ali təhsil almaq istəyənlərin nəzərinə

AZƏRBAYCAN DÖVLƏT BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN AKADEMİYASINDA

Təkrar (ikinci) ali təhsil almaq istəyənlərin nəzərinə

 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 2022/2023-cü tədris ilinə bakalavriat təhsil səviyyəsində aşağıdakı ixtisaslar üzrə tələbə qəbulu elan edir:

- Məşqçilik (əyani, qiyabi);

- İdman menecmenti və kommunikasiya (əyani);

- Bədən tərbiyəsi və idmanda reabilitasiya (əyani);

 

Sənədlərin qəbulu 01-22 avqust 2022-ci il tarixlərdə həftənin I-V günləri saat 10:00-dan 15:00-dək əsas binada vətəndaşların qəbulu şöbəsində aparılır.

Tələb olunan sənədlərin siyahısı:

- Rektorun adına ərizə;

- Diplom və diploma əlavənin notarial qaydada təsdiq olunmuş surəti;

- Şəxsiyyət vəsiqəsinin surəti;

- Hərbi bilet (oğlanlar üçün);

- Sağlamlıq haqqında tibbi arayış;

- 3x4 ölçüdə fotoşəkil (4 ədəd);

- Əmək kitabçasından çıxarış (qiyabi təhsilalma forması üçün ixtisas üzrə ən azı 1 il əmək stajının olması tələb olunur);

 

Əlaqə nömrələri: (012) 564-29-66;

(012) 564-33-75;

(012) 564-89-77

Xəbərlər