Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Tələbəmiz könüllülük proqramına qoşulub

ASAPES SABAH 130A1 qrupunun tələbəsi Sevinc Cəbizadə Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən keçirilən “Yay Fest - Azərbaycan Gənclər Festivalı”nın "Tələbəlik" düşərgəsində könüllülük fəaliyyətindədir.

2019-cu ildən etibarən ənənə halını alan festivalın məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkili, təhsilin, innovasiyanın, vətənpərvərlik hissinin, könüllülüyün, inkişafın və sağlam həyat tərzinin təşviq olunmasıdır. Festivalın 2 ay ərzində hər biri 5 gün olmaqla 8 fərqli mövzuda və fərqli düşərgələrdə təşkil olunması planlaşdırılır.

#ASAPES #İdmanAkademiyası #Student #Tələbə #yayfest

Xəbərlər