Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Multimedia Mərkəzində tələbələr üçün təlimlərə start verilib

Multimedia Mərkəzinin layihəsi əsasında diksiya seçim turunda fərqlənən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) tələbələrinin TV və radio istiqamətləri üzrə təlimləri başlayıb.

Təlimlər peşəkar aparıcı, Tədris studiyasının baş mütəxəssisi Rüfət Nadirli tərəfindən aparılır. Hər təlim müxtəlif ixtisaslar üzrə təhsil alan tələbə sayına uyğun cədvəl əsasında reallaşacaq.

İlk təlim televiziya layihələrinin hazırlanmasına həsr edilib. “TV verilişlərin ideya və məzmunu”, “Layihələrin uzunmüddətli olması”, “Yaradıcı heyət”, “Mövzuların seçimi” və digər meyarlar üzrə müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.

#ASAPES #İdmanAkademiyası

Xəbərlər