Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Professor Dilqəm Quliyev Prezidentə minnətdarlıq etdi

44 günlük Vətən müharibəsinin Zəfər münasibətilə Pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyev Prezidentə minnətdarlıq etdi. 

Müraciəti olduğu kimi təqdim edirik! 

 

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Öncə, şəxsən öz adımdan sizin, rəhbərliyiniz altında Şanlı Azərbaycan Ordusu 29 il işğal altında qalmış doğma torpaqlarımızı 44 günlük qanlı müharibədən sonra erməni işğalçılarından azad etdiyinə görə, ilk növbədə, Sizə, xalqımıza, Sizin ən yaxın silahdaşınız olan birinci vitse-prezident Mehriban xanım Əliyevaya, müharıbə əlillərinə və qanlı döyüşlərin ilk günündən ürəyi hər an Qarabağla döyünən Türkiyə Respublikasının Prezidenti, cənab Rəcəb Tayyib Ərdoğan başda olmaqla, bütün türk millətinə minnətdarlığımı bildirirəm!
XXI əsr bəşəriyyət tarixində çox görkəmli yer tutur.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində qazandığımız hərbi-siyasi Zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisəsidir. Ta¬rixin müxtəlif dövrlərində Səfəvilərdən Nadir şaha və İosif Stalinə qədər azərbaycanlıların iştirak etdikləri müharibə və yürüşlərdə qazanılmış qələbələrin heç birində Azərbaycan xalqı indiki qədər Zəfər çalmamış və ümummilli əhəmiyyət kəsb etməmişdir.
Əlbəttə, indiki hadisələrin çox uzun tarixi vardır. Lakin, təəssüflər olsun ki, biz XX əsrin əvvəllərində xalqımızın başına gətirilən müsibətləri haqqında vaxtında gəncliyə doğru-düzgün söz, əsl həqiqəti deyə bilməmişik, onları mənəvi cəhətdən tərksilah etmişik. Gec də olsa, həmin hadisələrin kökləri barədə qısaca da söz açmaq faydasız olmaz. Tarix özü buna şahiddir:
Bu günə kimi Azərbaycanın fərəhli və kədərli günləri olubdur.

Azərbaycanın birinci böyük fərəhi-Zərdüştlükdür
Azərbaycanın ikinci böyük fərəhi- Babəlikdir Xürrəmdinlik
Azərbaycanın üçüncü böyük fərəhi – Dədəqorqudluqdur -Ağsaqqallıqdır
Azərbaycanın dördüncü böyük fərəhi – Nəsimilikdir Hürifilikdir, Nəimilik.
Azərbaycanın beşinci böyük fərəhi –Füzulililkdir.
Azərbaycanın altıncı böyük fərəhi-Muğamdır.
Azərbaycanın yedinci böyük fərəhi-Sazdır.
Azərbaycanın səkkizinci böyük fərəhi- «Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasıdır.
Ulu öndər Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi”nin yeni neft strategiyasının uğurla dünyaya inteqrasiyasıdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasının Avropaya inteqrasiyası haqqında imzaladığı Sərəncamdır.
“Azərbaycanın Silahlı Qüvvələri XXI əsrin ordusudur”.
Şuşanın, Laçının, Kəlbəcərin, Ağdamın, Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın işğaldan azad olunmasıdır.
XXI əsrin birinci iyirmiliyində ölkə Prezidenti cənab İlham Əliyevin “Dəmir yumruq” əməliyyatı nəticəsində Azərbaycan Ordusunun zəfəridir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev fondunun təşkilatçiliği ilə 32 ildən sonra “Xari Bülbül” musiqi festivalinin açilişi olmuşdur.
XXI əsrin birinci iyirmi ikinciliyində Ölkə Prezidenti, cənab İlham Əliyev “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Sərəncam imzaladı.
1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulmuş Şuşa şəhərə 2023-cü ilin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib
6 aprel 2022-ci ildə Belçikanın paytaxtı Brüssel şəhərində üçtərəfli danışıqlar nəticəsində sülh sazişinin imzalanmısı və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir

Azərbaycanın birinci Kədəri-Midiyanın Süqutudur.
Azərbaycanın ikinci Kədəri-Babəkin Qətlidir.
Azərbaycanın üçüncü Kədəri- Çaldıran Fəlakətidir
Azərbaycanın dördüncü Kədəri-Türkmənçay Yırtıcılığıdır.
Azərbaycanın beşinci Kədəri- Milli hökümətin Devrilməsidir.
Azərbaycanın altıncı Kədəri-20 Yanvardır.
Azərbaycanın yeddinci Kədəri-Xocalı Faciəsidir.
Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan məğlubiyyəti idi
XX əsrin 90-cı ilində “20-Yanvar” hadisələrində Ulu öndər Heydər Əliyev demişdi: “Ya ayağa qalxıb torpaqlarımızı azad etməli, ya məhv olmalı, ya da millət olmadığımızı etiraf etməliyik”. Məhz ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 29 ildən sonra, Xalqımız ayağa qalxıb, əsgərlərimiz silaha sarılaraq, torpaqlarımızı işğalçılardan azad etdik.
Ulu öndər Heydər Əliyev 1 oktyabr 2003-cü il tarixli xalqa müraciətində bildirmişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Məhz ölkə Prezidenti İlham Əliyev 29 ildən sonra, Ulu öndər Heydər Əliyevin taleyüklü məsələləri, planları, işləri axıra çatdırdı.
İkinci Vətən müharibəsi, ermənilərin 27 sentyabr 2020-ci ildə Azərbaycana qarşı növbəti hücumu ilə başlandı. Ardınca, həmin gün ölkədə hərbi vəziyyət elan edilməsi haqqında Ölkə Prezidenti Fərman imzaladı. 27 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan xalqına “Qalx ayağa Azərbaycan’’ deyə müraciət etdi. Onun müraciəti bütün Azərbaycan vətəndaşları kimi, əsgərlərimizi, matrosçularımızı, gizirlərimizi və generallarımızı da torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəyə daha da ruhlandırdı.
Həmin inamın nəticəsində müharibənin ilk günündə on minlərlə vətən övladı könüllü şəkildə döyüşlərdə iştirak etmək üçün müraciət etdi.
Nəhayət, Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu 29 il işğal altında qalmış doğma torpaqlarımızı 44 günlük qanlı müharibədən sonra erməni işğalçılarından azad etdik.

Noyabrın 8-də Ölkə Prezidenti cənab İlham Əliyev Şəhidlər xiyabanında xalqa müraciətində bildirdi: “Sentyabrın 27-dən bu günə qədər 200-dən çox şəhər, kənd, qəsəbə işğaldan azad edildi. O cümlədən tamamilə dağıdılmış Füzuli, Cəbrayıl Qubadlı, Zəngilan şəhərləri kəndləri, Hadrut qəsəbəsi, Suqovuşan qəsəbəsi və bu gün Şuşa şəhəri”.

Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim.
Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!
Bu, böyük Qələbədir!
Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan!
Gözünüz aydın olsun dünya azərbaycanlıları!
Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

8 noyabr tarixi Azərbaycan xalqının ürəyinə, yaddaşına qızıl hərflərlə yazıldı. Ölkə Prezidenti İlham Əliyev xalqın ürəyindən bu üç əsrlik qara ləkəni tamamilə sildi. Qazanılan zəfərlər təkcə silahın gücü ilə deyil, həm də Ölkə Prezidenti İlham Əliyevin uzaqgörən diplomatiyasının, dünyada yüksək nüfuzunun məntiqi nəticəsidir.
II Vətən Müharibəsində ön cəbhə ilə arxa cəbhənin vəhdəti, xalqımızın xilaskarına çevrilmişdir.
Ulu öndər Heydər Əliyev 1995-ci ildə beynəlmiləlçi gənclərlə görüşdə demişdir: “Lazımı qaydada müharibə etmək üçün, möhkəm və mütəşəkil şəkildə arxa lazımdır!”
Azərbaycan xalqının milli suverenliyi təmin edildiyi vaxtdan indiyədək ağrılı-acılı yolda idman akademiyasının tələbələrinin vətənpərvərlik təşəbbüsü diqqətəlayiqdir.
Vətəni qorumaq, Vətən üçün yaşamaq, Vətən üçün ölmək şərəflidir! Bu da təbiidir. Axı, Vətən yalnız, torpaq deyil. Vətən həm də insandır. Onun qədrini bilməliyik. “Dədə Qorqud”da deyildiyi kimi “Torpağı qorumadan, əkib becərməyə dəyməz”, Torpağı qoruyarsan Vətən olar, qorumasan kəfən”. Oğul var evdən gedər, oğul var eldən. Övlad olmaq şərt deyil, gərək vətəndaş, vətənpərvər varis olasan. Deyirlər cənnət vətəndə, ayaqlarının altında, toqquşan qılıncların kölgəsindədir.”
Ey Vətən övladı! Vətəndaş olmaq üçün yaxşı oxuyub, yaxşı işləyəsən, Vətəni qoruyasan. Ana südü bədənin mayasıdır, Ana dili isə ruhun qidasıdır. Azadlıqda ağacdır, amma onu gərək qanla suvarasan. Hər iki cəbhədə – öndə və arxada qəhrəman qıtlığı çəkən millət bədbəxtdir, məhkumdur. Azərbaycan xalqı o xalqlardan deyil.
Təkcə İkinci Vətən Müharibəsində Azərbaycan idmançılardan 1402 nəfər iştirak edib, 367 şəhid olub, 158 nəfər yaralanıb.
Birincı və ikinci Qarabağ müharibəsində ordu sıralarına könüllü qoşulan və hərbçi kimi vuruşan idman akademiyasının tələbə və məzunlarından Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 414 nəfər iştirak etmiş, 47 nəfər qəhrəmancasına şəhid olmuşdur. Onlardan 3-ü Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüş, 41 nəfər yaralanmışdır.
Üzümü ekran vasitəsilə Şəhid valideynlərinə tutub deyirəm!
Əziz Şəhid anaları, şəhid ataları. Qalib ölkəmizin ən müqəddəs insanları sizsiniz. Ən qeyrətli oğullarımız – torpaq uğrunda şəhid olmağı bacaran övladlarınız sizin südünüzlə, çörəyinizlə, tərbiyənizlə böyüyüb Vətənin dar günü üçün dayaq olublar.
Qeyrətli oğullarımız tək sizin deyil, Azərbaycan xalqının övladlarıdır. Onların şərəfli adları əsrlər boyu xalqımı¬zın hafizəsində yaşayacaqdır.
Hələ ki, biz….Şəhid deyilik, qara günlərin, ağır cinayətlərin, amansız soyqırımının şahidləriyik.
Ölkə Prezidenti, Cənab İlham Əliyevin “”Dəmir yumruq” əməliyyatı nəticəsində Azərbaycan ordusu 44 günlük qanlı müharibədən sonra torpaqlarımızı erməni işğalçılarından azad etdi. Qan yaddaşlarımızı unutmadı, şəhidlərin günahsız qanlarını yerdə qoymadı.
Qarabağ torpağı uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.
Azərbaycan Prezidenti İlham Əliyev xalqımıza etdiyi müraciət “ Hər şey vətən üçün, hər şey cəbhə üçün, hər şey qələbə üçün” idman akademiyasının professor-müəllim heyətinin və tələbələrinin şüarına çevrilmişdir.
29 ildən sonra Qarabağın işğaldan azad olmasınınn həyatı ana beşiyində mışıl-mışıl yatmış uşağın həyatına bənzədi. Xalqımızın bir müdrik kəlamında deyildiyi kimi “Su gələn arxdan bir də gələcək”. Nəhayət, 10 noyabr 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi haqqında Ölkə Prezidentinin müraciətində Qarabağın Azadlıq sədaları xalqımızın qanı bahasına yenidən eşidildi.
Bəşər tarixində ümumxalqın bir arzusu olub. Azadlıq arzusu.
Xalq üçün Azadlıqdan şirin, Azadlıqdan müqəddəs başqa bir arzu olmayıb.
Xüsusilə də bütov bir xalqın, millətin Azadlıq arzusu…
Elə bir arzu ki, bu ülvi arzu əsrlərin həsrətindən doğmuş ola…
Yunan filosofu böyük Platonun məşhur bir kəlamı yadıma düşdü. Platon deyirdi ki, «Azadlıq üstə gəl xalq bəra¬bərdir şəxsiyyət, şəxsiyyətsiz azadlıq xəyaldır».
Məhz bu gün Azərbaycanı azadlığa çıxaran şəxsiyyət ümummilli liderimiz Heydər Əliyev olmuşdursa, onun azadlıq yolunu davam etdirəcək yeganə şəxs Ölkə Prezidentı İlham Əliyevdir.
Bizim hər birimizin borcudur ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı Ölkə Prezidentı İlham Əliyevin ətrafında sıx birləşməklə, Ulu öndər Heydər Əliyevin bizə miras qoyduğu müstəqil dövlətçilik ənənələrini göz bəbəyi kimi qoruyaq.

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi “İkincı Vətən Müharibəsində Azərbaycan xalqı şəhidlər verərək qələbəni qazandı. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Həm birinci Qarabağ, həm ikinci Qarabağ – Vətən müharibəsi adlandırdığımız müharibədə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbr diləyirəm.
Yaralı soydaşlarımıza Allahdan şəfa diləyirəm.
Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad etdik. İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq!
Zəfər haqqın tərəfində oldu.
Biz haqq yolundayıq.
Bizim işimiz haqq işidir.
Biz zəfər çaldıq!.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”!.

Əgər azadlıq dərk olunmuş həqiqətdirsə, onda həqiqət fikir azadlığının, ədalət isə həqiqətin övladıdır. Həm də ədalət gücdə deyil, güc ədalətdədir.

İnanıram ki, «Bütün illərdə Azərbaycana sədaqətdə, məhəbbətdə, alovlu vətənpərvər kimi xidmət etmiş müdrik siyasətçi Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin layiqli davamçısı “Prezidentimiz cənab İlham Əliyev kimi olmalı, ona oxşamalı, ondan öyrənməli» devizi “Dəmir yumruq” əməlıyyatı nəticəsində qalib ölkəmizin, xalqımızın, zəhmətkeşlərimizin sağlam həyat tərzinə çevriləcək.

 

Quliyev Dilqəm Qasım oğlu

Xəbərlər