Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Tələbəmiz Azərbaycan çempionu oldu

12-14 iyul tarixlərində Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş 23 yaşadək qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatı keçirilib. Yarışda çıxış edən Akademiyamızın 211R2 qrupunun tələbəsi Nuray Quliyeva 57 kq çəki dərəcəsində keçirdiyi bütün görüşləri qələbə ilə başa vuraraq Azərbaycan çempionatının qızıl medalına layiq görülüb.

Tələbəmizi qazandığı uğur münasibətilə təbrik edir, ona gələcək yarışlarda uğurlar arzulayırıq!

#ASAPES #IdmanAkademiyası #Cüdo #Judo #Sport #İdman #Azerbaijan #Azərbaycan

Xəbərlər