Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

SABAH-ın açarı tələbəmizə təqdim edilib

İyulun 7-də Heydər Əliyev Mərkəzində “SABAH-ın məzunu-2022” mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının təhsil naziri canab Emin Əmrullayev, Milli Məclisin deputatları, dövlət və özəl qurumların rəsmiləri, ali təhsil müəssisələrinin rektor və prorektorları, təhsil ekspertləri, müəllim və tələbələr iştirak ediblər.

“SABAH” məzun tədbirinin ən maraqlı ənənəvi hissəsi rəmzi “SABAH” açarının hazırki məzunlardan növbəti ilin məzunlarına ötürülməsi mərasimidir. Bu ilin məzunları “SABAH” açarını 3 kurs “SABAH” qrupları siyahısına başçılıq edən, Akademiyamızın “İdman menecmenti və kommunikasiya” ixtisasının tələbəsi, GPA (ÜOMG) 99.66 balı olan Ülvi Məlikzadə və GPA (ÜOMG) 99.1 bala malik Bakı Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi Aysel Əliyevaya təqdim ediblər.

Tələbəmizi təbrik edir, ona gələcək təhsilində və işlərində uğurlar arzulayırıq!

#ASAPES #İdmanAkademiyası #SABAH #SABAH-ASAPES

Xəbərlər