Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Belaruslu professor ASAPES-də seminar keçib

İyunun 22-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi-tədris laboratoriyasında Belarus Respublikasının Onkologiya və Tibbi Radiologiya Elmi-praktiki Mərkəzinin professoru Aleksandr Lukyanov “İdmanda dermatologiya” mövzusunda seminar keçib.

Seminarda Elmi-tədris laboratoriyasının əməkdaşları ilə yanaşı “İdman tibbi və menecment”fakültəsinin əməkdaşları və “İdman tibbi və reabilitasiya” magistr proqramının tələbələri iştirak ediblər.

#ASAPES #İdmanAkademiyası

Xəbərlər