Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Bədii yaradıcılıq müsabiqəsinin qalibləri təltif edilib

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri və Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə baş tutan, Ümummili Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən ali təhsil müəssisələrinin tələbələri arasında bədii yaradıcılıq müsabiqə festivalına yekun vurulub.

Tədbirin təşkili və keçirilməsində fəal iştirakına görə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının dosent əvəzi Validə Ağayeva və İctimaiyyətlə Əlaqələr və Marketinq şöbəsinin baş mütəxəssisi Musa Rəhimov, həmçinin müsabiqədə iştirak edərək vokal üzrə 3-cü yeri tutan “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisasının 120A3 qrupunun 2-ci kurs tələbəsi Emil Əliyev və “Məşqçilik-2” ixtisasının 110A23 qrupunun 2-ci kurs tələbəsi Kamran Mustafazadə təşkilatçılar tərəfindən hədiyyə və diplomlarla təltif olunub.

#ASAPES #İdmanAkademiyası

Xəbərlər