Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Velosipedçilər müxtəlif testlərdən keçiblər

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi-Tədris Laboratoriyasında Azərbaycan Velosiped Federasiyasının idmançıları aşağıda qeyd olunan testlərdən keçiriliblər:

- Əzələ fəaliyyətinin qiymətləndirilməsi (Muscle function screening incl. core stability)

- Bədənin xüsusi tərkibinin ölçülməsi (Body composition measurement)

- Sabitliyin (tarazlıq saxlama qabiliyyəti) ölçülməsi (Stabilometry)

- 3-D antropometriya (3-D anthropometry)

- Psixoloji test

Proqram hər idmançı üçün fərdi olaraq Böyük Britaniyanın klinik protokollarından (Institute of Sport and Exercise Health, University College London) və ComplexCore+ fiziki hərəkətlər kompleksindən istifadə edilməklə tərtib olunub.

Qeyd edək ki, testlər ComplexCore+ şirkətinin Baş əməliyyat və Baş maliyyə direktoru Tomas Taro Netzer və Elmi-tədris laboratoriyasının mütəxəssisləri tərəfindən həyata keçirilib.

Testlərdən müvəffəqiyyətlə keçən idmançılara uğurlar arzulayırıq!

#ASAPES #İdmanAkademiyası #AzVİF

 

 

Xəbərlər