Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-də üzgüçülük məşqçiləri üçün seminar keçirilir

Bu gün Azərbaycan Üzgüçülük Federasiyası və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) birgə təşkilatçılığı ilə, üzgüçülük məşqçiləri üçün seminara start verilib. Seminarın açılışında Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev mütəxəssisləri salamlayıb və onlara uğurlar arzulayıb.

Sonra seminara beynəlxalq dərəcəli məşqçi İvan Petrovun təqdimatı ilə start verilib. Seminara Azərbaycanda inşa edilmiş Olimpiya İdman Komplekslərinin üzgüçülük hovuzlarının, eləcə də, Bakı və Sumqayıt şəhərlərinin üzgüçülük mərkəzlərinin məşqçiləri, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bu ixtisas üzrə təhsil alan tələbələri cəlb olunublar. 170-ə yaxın məşqçinin qatıldığı treninqin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim ediləcək.

Xəbərlər