Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

“Krav Maga: qadınlar üçün özünümüdafiə sistemi” adlı seminar keçirilib

Noyabrın 18-də Macarıstan Səfirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) birgə təşkilatçılığı ilə “Krav Maga: qadınlar üçün özünümüdafiə sistemi” adlı seminar keçirilib. Şiddət və zorakılıq hallarına qarşı gənc xanımların özünü müdafiə edə bilməsi məqsədilə ASAPES-in güləş zalında baş tutan seminarda tələbələrimiz də aktiv şəkildə iştirak edib, öz fiziki və texniki hazırlıq səviyyələrini sınaqdan keçirib, yeni özünümüdafiə metodları ilə tanış olublar.

Xəbərlər