Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ADBTİA-nın TGT-nin sədri Elnur Əkbərov Fərqli radio 100.5 FM-də "Arena" verlişinin qonağı olub

İkinci Qarabağ müharibəsi qazisi, ADBTİA-nın Tələbə Gənclər təşkilatının sədri Elnur Əkbərov Fərqli radio 100.5 FM -də Rüfət Nadirlinin müəllif və aparıcısı olduğu "Arena" verlişinin qonağı olub. Dövlət Bayraq gününə həsr olunan verilişdə Elnur Əkbərov öncəliklə hər kəsi təbrik edib, daha sonra 44 günlük Vətən mübaribəsi zamanı keçdiyi döyüş yolundan danışıb. Qonaq bildirib ki, Füzuli istiqamətində gedən döyüşlər zamanı yaralanıb.

"Döyüşlərdə iştirak etdiyimiz ilk gündən bizim yalnız bir məqsədimiz var idi, o da qalib gəlmək idi və biz 44 günlük müharibə zamanı Azərbaycan ordusunun nəyə qadir olduğunu bütün dünyaya göstərdik".

Elnur Əkbərov vurğulayıb ki, yaralandıqdan sonra reabilitasiya və bərpa dönəmi də keçib və bununla bağlı dövlət tərəfindən hər bir şərait yaradılıb. O, ADBTİA -nın da bu məsələyə diqqətlə yanaşdığını sözlərinə əlavə edib.

Xəbərlər