Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ADBTİA 2021-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul elan edir

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 2021-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul elan edir
Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 2021-ci il üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli, 356 s nömrəli sərəncamı ilə təsdiq edilmiş plana əsasən doktorant və dissertant hazırlığı üzrə qəbul elan edir
Doktoranturaya (dissertanturaya) sənəd qəbulu "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada "Ali və orta ixtisas təhsil müəssisələrini tələbə və qəbulu qeydiyyatı" xidmətini seçərək, TƏLİMATA uyğun olaraq qeydiyyatdan keçməlidirlər.
Doktoranturaya (dissertanturaya) sənədləri təqdim edən şəxslər Xarici dil imtahanından müvəffəqiyyətlə keçməlidirlər.
Sənəd qəbulu 02 iyul – 01 avqust 2021-ci il tarixlərində aparılacaq.

Xəbərlər