Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ADBTİA tələbələri "Azercosmos"da

12 Aprel - Ümumdünya #Aviasiya#Kosmonavtika Günü münasibətilə “Azercosmos” ASC-nin təşkilati dəstəyi ilə görüş keçirilib.

SABAH qrupları müəlllim-tələbə heyətinin də qoşulduğu onlayn görüşdə “Azərkosmos”un Peyk əməliyyatları qrupunun böyük mühəndisi Rüstəm Zalıyevın iştirakı ilə “Azərbaycanın peykləri” mövzusu ətrafında söhbət aparılıb.

Qeyd edək ki, vebinarın təşkilatçısı vebinara başlamamışdan öncə, sonda Azerspace'lə bağlı suallar verəcəyini və ilk 3 nəfərin sualın cavabını tez və doğru cavablandıracağı təqdirdə, Azerspace'də maraqlandığı ixtisasla bağlı (Marketinq və İdarəetmə) təcrübə keçəcəyini bildirmişdir.

Görüşün sonunda təşkil edilən müsabiqədə #ADBTİA-nın #SABAH qrupları layihəsi modeli əsasında “İdman menecmenti və kommunikasiya “ ixtisası üzrə xüsusi pilot qrupunun tələbəsi Ülvi Məlikzadə 1-ci yerə layiq görülüb.

Qeyd edək ki, görüş Zoom vasitəsi ilə keçirilib və görüş canlı olaraq Facebook səhifədə canlı yayımlanıb.

Xəbərlər