Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Avropa Gimnastikasının prezidenti və bədii gimnastika üzrə millinin çalışdırıcısı ADBTİA-nın qonağı oldu

Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov və bədii gimnastika üzrə milli komandanın baş məşqçisi Mariana Vasileva Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında olublar. 
Akademiyanın nəzdində fəaliyyət göstərən Multimedia mərkəzini ziyarət edən qonaqlara burada yaradılan şərait barədə ətraflı məlumat verilib. 
Akademiyanın Tədris və elmi işlər üzrə prorektoru Təhminə Tağı-zadə və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnur Məmmədov onlara məlumat verərək bildiriblər ki, mərkəzdə ən son avadanlıqlarla təchiz edilən radio sistemi, o cümlədən TV layihələrin hazırlanması üçün studiyalar yaradılıb. Həmin studiyalar bütün zəruri texniki avadanlıqlarla təchiz edilib. Qonaqlar ASAPES TV-yə müsahibə verərək Multimedia mərkəzinin işini yüksək qiymətləndiriblər və buranı nümunəvi mərkəz adlandırıblar.

 

Xəbərlər