Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ADBTİA ordumuza dəstəyini nümayiş etdirdi

Hər zaman Azərbaycan Ordusuna dəstək olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası növbəti addımında da ordumuza dəstəyini nümayiş etdirdi. Belə ki, Akademiya nümayəndələri cəbhə bölgəsindəki N saylı hərbi hissəyə yola düşərək əsgərlərimizlə görüşdü. Vəziyyətlə yerində tanış olan əməkdaşlarımız Akademiya tərəfindən göndərilən hədiyyə və “Əsgərə salam” məktublarını döyüşçülərimizə çatdırdılar. Akademiya əməkdaşları və tələbələrinin ürək sözlərini qeyd etdiyi məktublar əsgərlərimizi həm duyğulandırdı, həm də sevindirdi. Nümayəndə heyətimiz isə  onların əhval ruhiyyəsindən daha da ruhlanmış şəkildə geri döndülər.
Növbəti qələbə xəbərlərini gözləyirik, ƏZİZ ƏSGƏR!

#QarabağAzərbaycandır

 

Xəbərlər