Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Akademiyaya qəbul olan abituriyentlərin nəzərinə!

Qeydiyyatdan keçmək üçün http://abituriyent2020.sport.edu.az saytına daxil olmaq lazımdır.

Qeydiyyatdan keçən zaman çətinlik yarandığı halda Pandemiya dövrü Nazirlər Kabinetinin yanında Operativ Qərargah verdiyi tövsiyələr nəzərə alınaraq məsafə gözlənilməklə Akademiyaya yaxınlaşaraq növbə götürməklə əyani şəkildə qeydiyyatdan keçə bilərsiniz.

Qeydiyyat 25 sentyabr - 07 oktyabr 2020-ci il tarixlərində (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00 - 17:00 -dək aparılır.

Qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

1. Şəxsiyyət vəsiqəsi - (əsli və 3 ədəd surəti)

2. Attestat (və ya diplom) - əsli

3. Sağlamlıq haqqında 086 formalı tibbi arayış (şəkilli)

4. 3x4 sm ölçüdə 6 ədəd fotoşəkil

5. Hərbi bilet və ya çağırışçı vəsiqəsinin surəti

6. Təhsil haqqı ödənişi haqqında qəbz (ödənişli əsaslara qəbul olanlar üçün)

QEYD: Zərurət olduğu halda imtiyazlı tələbələr sırasına (məcburi köçkün, I və II qrup əlil olması, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş,  Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları, valideyn himayəsindən məhrum olmuş) aid olduğuna dair ərizə ilə müvafiq təsdiqləyici sənədlərin notarial qaydada təsdiq olunmuş surətləri təqdim edilməlidir.

Xəbərlər