Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

İdman aləmində ağır itki

8 avqust 2020-ci il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ağır itki yaşayıb. Akademiyanın "İdmanın təkmübarizlik növləri” kafedrasının müdiri professor Xanlar Qurbanov dünyasını dəyişib.

SSRİ İdman ustası, Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, Beynəlxalq dərəcəli hakim, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti, Olimpiya Akademiyasının vitse-prezidenti, Avropa Beynəlxalq Zorxana Konfederasiyasının I vitse-prezidenti, “Tərəqqi” ordeninin laureatı, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor Xanlar Qurbanovunun vəfatı yalnız Akademiyaya deyil, idman aləminə böyük itkidir.

Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və tələbələri adından Xanlar Qurbanova rəhmət diləyir, ailəsi və yaxınlarına başsağlığı veririk.

Xəbərlər