Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

“Mən öz gələcəyimi seçirəm” proqramı çərçivəsində seminar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 dekabr 2018-ci il tarixli 819s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planının 7-ci bəndinin icrası ilə əlaqədar Amerika Birləşmiş Ştatlarının Narkotiklərlə Mübarizə İdarəsinin San Dieqoda fəaliyyət göstərən əməkdaşı, İDEC Konfransının “Tələbatın Azaldılması Təhsil Proqramı”nın təşkilatçısı Rokuelle E. Herronun təklif etdiyi “Mən öz gələcəyimi seçirəm” proqramı çərçivəsində təhsil müəssisələrində seminarlar təşkil olunur.  

Sözügedən seminar 17 aprel tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilmişdir.

Seminarlarda Azərbaycan Respublikası Nazirlər Kabineti, Təhsil, Daxili İşlər, Gənclər və İdman, Səhiyyə nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizlik Xidməti,  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Dövlət Gömrük Komitəsinin ekspert və nümayəndələri iştirak etmişlər.

Təhsil müəssisələrində təhsil işçiləri, məktəblilər və tələbələr arasında keçirilən seminarlarda narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğatın aparılmasına dair videofilm nümayiş etdirilmişdir.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin aparılması, şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə keçirilən təlim gələcəkdə narkotik maddə aludəçiləri də daxil olmaqla həssas təbəqə ilə işləyəcək mütəxəssislərin hazırlanmasında mühüm əhəmiyyət kəsb edir.

Xəbərlər