Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ADBTİA-nın 5 möhtəşəm şahmatçı məzunu

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası yeganə universitetdir ki, idmanı yaşayır və onunla nəfəs alır.

1930-cu ildən başlayaraq, Akademiya öz tələbələrinin sağlam bir nəsil kimi yetişdirilməsində mühüm töhfələr verib və verməkdə də davam edir.

Aşağıda ADBTİA-nın 5 möhtəşəm məzunu haqqında məlumat vermişəm, hansılar ki, şahmatda uğur qazanmış bir idmançılardır.

Qədir Hüseynov

Qədir Hüseynov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur.

O, dünya şahmatının tarixində ilk dəfə 8 yaşında FİDE Ustası idman adını qazanıb. 1991-ci ildən sonra Azərbaycan şahmat tarixində ilk dəfə olaraq ölkəyə birinci qızıl medalı gətirib. Onun ilk məşqçisi idman ustalığına namizəd olan Şahin Hacıyev olub. O, öz doğma şəhərində yaşamış və 1994–1998-ci illərdə Rusiya üçün oynamışdır. 1994-cü ildə Ruminiyanın Beile-Xerkulane şəhərində keçirilən 10 yaşaqədər şahmatçılar arasında Avropa çempionatının qalibi olub. Hüseynov Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov tərəfindən şahmat üzrə 2015-ci il Dünya Kubokunda iştirak etmək hüququ əldə edib.

Qədir Azərbaycanın qrossmeysteridir.

Gülnar Məmmədova

Gülnar Məmmədova Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bakalavr və magistr pillələri üzrə təhsil almış məzunudur. 2014-cü ildən ADBTİA-da şahmat müəllimi kimi fəaliyyət göstərir.

Şahmatla 6 yaşından məşğul olmağa başlayıb. İlk uğuru şahmatla məşğul olmasından 23 gün sonraya təsadüf edir. Belə ki, 1997-ci ildə Şirvan şəhərində 28 May Respublika Gününə həsr olunmuş şahmat turnirinin qalibi olub. O, Bakıda keçirilən 42-ci Şahmat Olimpiyadasında qızıl medal qazanmışdır.

Gülnar 2009-cu ildən şahmat üzrə qadınlardan ibarət Azərbaycan yığma komandasının üzvüdür. Gülnar, Beynəlxalq şahmat ustası və Qrossmeysteri adını qazanan Azərbaycan şahmatçısıdır.

Asgarova Turan

 

Əsgərova Turan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. Hazırda, Çinin ən böyük şəhəri olan Şanxayda yaşayır və Şanxay şahmat akademiyasında məşqçi kimi fəaliyyət göstərir.

O, şahmatla məşğul olmağa hələ uşaq ikən başlayıb. Turan 2015-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı olan Əbu-Dabidə keçirilən açıq turnirdə 1ci yeri qazanmışdı. O, həmçinin Birləşmiş Ərəb Əmirliklərində keçirilən 7-ci Şarsah Kubokunda gümüş medal qazanıb.

Turan, 2008-ci ildə Respublika Şahmat Mərkəzində kişi və qadın şahmatçıları arasında Bakı çempionatının qalibi olmuşdur.

Azer Abdullayev

Azər Abdullayev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bakalavr və magistr pillələri üzrə təhsil almış məzunudur.

O, 2014-cü ildə Bakıda keçirilən mərhum beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turnirini Respublika dərəcəli hakim kimi izləmişdir. Həmçinin, “Baku Open-2012” Beynəlxalq şahmat festivalında hakim köməkçisi qismində iştirak etmişdir.

Hazırda, o Türkiyənin Manisa şəhərində yaşayır və Türkiyənin Turkuaz Şahmat Klubunda məşqçi kimi fəaliyyət göstərir.

Xəyalə Abdulla

Xəyalə Abdulla 2016-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur.

O, 2010-cu ildə Gürcüstanın Batumi şəhərində keçirilmiş 18 yaşa qədər qızlar arasında Avropa çempionatında bürünc medal qazanıb. 2011-ci ildə isə Azərbaycan çempionatında qızıl medal qazanmışdır. Azərbaycanın qadınlardan ibarət milli komandasının tərkibində 2014-cü ildə Norveçin Tromse şəhərində keçirilmiş 41-ci Ümumdünya Şahmat Olimpiadasında 3-cü yerdə qərarlaşmışdı. Həmçinin, 2016-cı ildə Bakı şəhərində keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında ikinci yerə layiq görülmüşdür. 2015-ci ildə isə İslandiyanın Reykyavik şəhərlərində keçirilmiş komandalar arasında Avropa çempionatlarında çıxış etmişdir.

2010-cu ildə FIDE Beynəlxalq Qadınlar Mükafatına layiq görülmüşdür. O da, Beynəlxalq şahmat ustası və Qrossmeysteri adını qazanan Azərbaycan şahmatçısıdır.

Məqalə "İdman jurnalistikası"  proqramının magistrantı Zərifə Bayramova tərəfindən hazırlanıb.

Xəbərlər