Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ADBTİA-da Universitetlər arası "Show Your Dance 2018" rəqs müsabiqəsinin finalı keçirildi

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Universitetlər arası “Show Your Dance 2018" rəqs müsabiqəsinin finalı keçirildi. Final dekabr ayında keçirilən rəqs yarışmasının qalibi Ələsgər Nurəliyevin xatirəsinə  həsr olundu.  Müsabiqə İdman Akademiyasının 2-ci kurs tələbəsi Murad Süleyman və ATGTİ tərəfindən təşkil olundu və burada 95 nəfər iştirak etdi (42 iştirakçı,43 könüllü).

Müsabiqədə iştirak edən 7 Universitet və repertuarlar:

  1. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası: "Lezginka&Müasir Xarici" rəqs
  2. Azərbaycan Dillər Universiteti: "Qarabağ Yallısı" 
  3. Azərbaycan Diplomatik Akademiyası: "Müasir Xarici"
  4. Azərbaycan Dövlət İqtisad Universiteti: "Hind"
  5. Azərbaycan Texniki Universiteti: "Bayram" 
  6. Azərbaycan Memarlıq və İnşaat Universiteti: "Naz Elə" 
  7. Bakı Slavyan Universiteti: "Vals" 

Münsiflər heyəti:

“Arzum” rəqs qrupunun bədii rəhbəri  - Telli Zamanova

İdman Akademiyasının yaradıcılıq Birliyinin Rəhbəri - Validə Ağayeva

Bakı Xoreoqrafiya Akademiyasının müəllimi – Çinarə Quliyeva

“Karat” rəqs qrupunun rəhbəri - Teymur Xalidov

Xoreoqrafiya məktəbinin məzunu - Rəbiyə Əliyeva

“Xan” rəqs qrupunun rəhbəri - Ceyhun Abdullayarı

Müsabiqə zamanı olduqca maraqlı bir an yaşandı. Belə ki, müsabiqənin yaranma vaxtından ilk dəfə “İştirakçı səsləri” və Münsiflər heyətinin səsləri toplanaraq, 114 xal ilə 2 ali təhsil ocağı qalib gəldi: Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Bakı Slavyan Universiteti

İdman Akademiyası bütün iştirakçıları və qalibləri təbrik edir!

Xəbərlər