ADBTİA-da Elmi-Praktiki Konfransı keçirilib
25-26 aprel 2018-ci il tarixlərində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “MÜASİR İDMANDA DƏYƏRLƏR, ƏNƏNƏLƏR VƏ İNNOVASİYALAR” mövzusunda tələbə və magistrantların elmi-praktiki konfransı keçirilmişdir. Konfransda 3 bölmə üzrə, 47 tələbənın təqdimatı dinlənildı və qiymətləndirildı. Bundan əlavə 63 tələbənin tezisi, tezislər toplusunda dərc olunmuşdur.
Konfransın məqsədi:
Bədən tərbiyəsi və idman sahəsində yenilikləri aşkarlamaq, aktual problemlərin həlli yollarını müəyyənləşdirmək, elmi baxışları, yanaşmaları və metodları formalaşdırmaq.
Konfransın elmi istiqamətləri
Bölmə 1. Bədən Tərbiyəsində kütləvilik və sağlam həyat tərzinin formalaşdırılması
Bölmə 2. Yüksək dərəcəli idmançıların hazırlıq sisteminin təkmilləşdirilməsi
Bölmə 3. Bədən Tərbiyəsi və idmanın idarə edilməsi və sosial –iqtisadi aspektləri
Konfransın formatı:
1. Konfransda çıxış və tezisin dərci
2. Tezisin dərci ilə konfransda iştirak
3. Poster təqdimatı
4. Tezisin dərci