Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ADBTİA yeni magistr ixtisaslarına növbəti qəbulu elan edir

Məlum olduğu kimi cari ilin sentyabr ayından başlayaraq, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “İdman jurnalistikası”, “İdman menecmenti” və “İdman tibbi və reabilitasiya” üzrə modul tipli ingilis dilində magistr ixtisasları yaradılıb və tədrisinə start verilib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) bu ixtisaslar üzrə 2018-2019-cu akademik dərs ili üçün növbəti qəbulu elan edir. Belə ki, “İdman tibbi və reabilitasiya”, “İdman menecmenti” və “İdman jurnalistikası” üzrə magistr ixtisasına qəbul olmaq istəyənlər imtahanlarının I mərhələsində iştirak etmək üçün fevral ayının 12-dək Dövlət İmtahan Mərkəzinin saytından qeydiyyatdan keçməlidirlər: http://eservices.dim.gov.az/erizemag/erize

Qəbul imtahanın I mərhələsindən yetərli balı toplayan namizədlər II mərhələyə müraciət edə biləcəklər. İmtahanın II mərhələsi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, hər üç ixtisasın təhsil proqramına daxil edilməsinin əsas məqsədi beynəlxalq idman əmək bazarında rəqabətqabiliyyətli kadrların hazırlanması və ölkədə günü-gündən inkişaf edən idman sahəsində tələb olunan ixtisaslar üzrə mütəxəssislərin yetişdirilməsidir. Akademiya bu ixtisasların tədrisi üçün Böyük Britaniyanın bir sıra tanınmış ali təhsil ocaqları ilə əməkdaşlıq edir. Tədris prosesi beynəlxalq təcrübəyə malik yerli və ya xarici mütəxəssislər tərəfindən həyata keçirilir.

Bununla yanaşı, “İdman menecmenti”, “İdman jurnalistikası” magistrləri əsas modullardan birini Böyük Britaniyanın Şeffild Hallam universitetində, “İdman tibbi və reabilitasiya” magistrləri isə - Böyük Britaniyanın UCL universitetində keçəcəklər.

Xəbərlər