Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Qəbul


İdman sahəsində liderlik bacarıqlarınızı nümayiş etdirmək istəyirsiniz? İdmana sevginizi gələcək peşənizə çevirməyi arzulayırsınız? Əgər bu suallara cavabınız müsbətdirsə, o zaman Sizi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) təhsil almağa dəvət edirik!

Akademiya Bakı şəhərində yerləşir, beynəlxalq idman əmək bazarında rəqabətqabiliyyətli bədən tərbiyəsi və çağırışaqədər hazırlıq müəllimləri, məşqçilər, idman menecerləri, idman jurnalistləri, idman tibbi və reabilitasiya üzrə mütəxəssislər hazırlayır. 

Akademiyanın bakalavr və magistr proqramlarında tələbələrə  Azərbaycan, rus və ingilis dillərində keyfiyyətli, innovativ və ən müasir elmi biliklərin tədrisi aparılır.