Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

İdman Məşqinin Nəzəriyyəsi və Metodikası

Müddəti:                           2 il (4 semestr)

Kredit sayı:                      120 kredit

Təhsil forması:                əyani

Tədris dili:                        Azərbaycan (qəbul zamanı müsabiqə rus bölməsi ilə birgə keçirilir)

Yerlərin sayı:                   10

Gələcək karyera:             idman növü üzrə məşqçi, bədən tərbiyəsi və idman sahəsində elmi işçi

Təhsil haqqı:                    2200 manat (Azərbaycan vətəndaşları üçün)

                                          3000 manat (xarici vətəndaşlar üçün)

“İdman məşqinin nəzəriyyəsi və metodikası” magistr proqramı seçilmiş idman növü üzrə müxtəlif hazırlıq, o cümlədən yüksək idman ustalığı qruplarında uşaq, yeniyetmə və yaşlı idmançıların hazırlanmasının müasir məşq texnologiyasına yiyələnmiş, məşq yükünün planlaşdırılmasını, reallaşdırılmasını, korreksiyasını həyata keçirmək, idmançı hazırlığının komponentlərinin dəyərləndirilmək və bu əsasda nəticələrin proqnozlaşdırılmasını müəyyənləşdirmək, effektli yarış taktikasını qurmaq bacarıqlarına malik məşqçi kadrların hazırlanmasına istiqamətlənmişdir. 

Bu proqram müxtəlif idman növləri üzrə beynəlxalq federasiyaların məşqçi kadrların ilkin kateqoriyalarının hazırlanması tələblərinə müvafiq olaraq tərtib edildiyindən və məzmunca müxtəlif hazırlıq qruplarında məşq prosesinin effektli təşkili və keçirilməsi bacarıqlarını formlaşdırdığına görə məzun həm ölkə daxilində, həm də xaricdə peşə fəaliyyəti göstərmək və geniş karyera qurmaq imkanları qazanırlar.

“İdman məşqinin nəzəriyyəsi və metodikası” magistr ixtisası çərçivəsində “məşq prosesinin farmakoloji təminatı və dopinq nəzarəti”, “yüksək dərəcəli idmançıların hazırlığının fizioloji xüsusiyyətləri”, “idmanın anatomik-morfoloji və biomexaniki xüsusiyyətləri” kimi fənlər tədris olunur. Bu da məşqçi ixtisasının peşə hazırlığında tibbi-bioloji fənlərə inteqrasiyanı təmin edir. Eyni zamanda magistrlar elmi-tədqiqat və elmi-pedaqoji təcrübələr qazanırlar. 

“İdman məşqinin nəzəriyyəsi və metodikası” magistr proqramı beynəlxalq təcrübə əsasında tərtib olunmuşdur. Proqramı tamamladıqdan sonra məzun bədən tərbiyəsi və idman sahəsi üzrə PhD üzrə təhsilini davam etdirmək imkanına malikdir.