Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

İdman Tibbi və Reabilitasiya

Proqram xüsusi olaraq, idman tibbi və reabilitasiya sahəsində çalışan və ya çalışmaq arzusunda olan həkimlər üçün nəzərdə tutlmuşdur. O, sizi idman zədələləri və xəstəliklərinin diaqnostika və müalicəsi, fiziki aktivlik və sağlamlıq arasındakı əlaqələrin araşdırılması kimi bilik və bacarıqlara yiyələndirəcək.

Magistratura tələbəsi kimi siz, idman tibbi və reabilitasiya sahəsində bir sıra əsas modulları, habelə dissertasiya moduluna əlavə olaraq, tədqiqat metodlarını öyrənəcəksiniz. Bu, ADBTİA-nın yeni yaradılmış, İdman Fiziologiyası laboratoriyasında müvafiq beynəlxalq və yerli akademik heyətin rəhbərliyi ilə idman və fiziki hərəkət təbabəti və fiziologiyası üzrə tədqiqatlar aparmaq üçün əla imkandır. Burada həmçinin sizin xüsusi maraqlarınıza cavab verən: idmançıların fizioloji qiymətləndirilməsi, əzələ-sümük və idman zədələnmələrinin profilaktikası və müalicəsi, kinezioterapiya, idman psixologiyası, idman komandaları ilə iş, xəstəliklərin müalicə və profilaktikası məqsədilə fiziki aktivliyin təbliği kimi müxtəlif modullar da mövcuddur. Siz ən müasir reabilitasiya protokolları və idmançının zədədən sonra idmana dönüşü yollarını öyrənəcəksiniz. Bu, sizə gələcəkdə xəstəxana və reabilitasiya mərkəzlərindən başlayaraq, elit idman növlərinə qədər bir çox sahələrdə işləmək imkanı verəcək. Bizə qoşulun və gələcəyi bizimlə qurun!