Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

İdman Menecmenti

Magistr pilləsi üzrə İdman Menecmenti ixtisası proqramı dünya standartlarında beynəlxalq və yerli təcrübəyə əsaslanır. Proqram Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyası və Böyük Britaniya Birləşmiş Krallığının ən dinamik idman Universiteti olan Şeffild Hallam Universiteti ( Sheffield Hallam University ) ilə birlikdə tərtib olunmuşdur.

Biz tələbələrimizə unikal təhsil təcrübəsi təklif edirik. Təhsil müddətində tələbələr idman müəssisələrinin idarə edilməsi üçün gərəkli çoxşaxəli bilik və bacarıqlara yeyələnirlər. Proqram çərçivəsində, rəhbərlik və kadrların idarə olunması, idman iqtisadiyyatı, idman marketinqi (sponsorluq, satış, istehlakçı davranışı), sahibkarlıq, hüquq və təşkilati davranış kimi fənlər tədris olunur.

Tələbələrin hərtərəfli inkişafı üçün tədrisə fakültəmizdə çalışan yüksək ixtisaslı idman və menecment ekspertləri ilə yanaşı idman sənayesinin liderlərini və yüksək idarəetmə bacarıqlarına sahib şəxsləri də cəlb edirik.

Tələbələr həmçinin qiymətli “həqiqi həyat” layihələrində iştirak etmək imkanı əldə edəcəklər. Qatıldıqları tədbirlər, əldə etdikləri təcrübə gəncləri cəmiyyətlərlə, peşəkar və beynəlxalq çoxsahəli idman sənayesi ilə müvəfəqiyyətli iş mühitinə hazırlayacaq.

Bizim proqram beynəlxalq idman dili olan İngilis dilində tədris olunur. Əgər siz də idman sahəsində liderlik imkanları əldə etmək istəyirsinizsə, o zaman ADBTİA-nın İdman Menecmenti proqramı sizin professional və akademik məqsədlərinizə çatmanıza yardımçı ola bilər. Bizə qoşulun və gələcəyi bizimlə qurun!