Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Bədən Tərbiyəsi və İdmanda Tibbi-bioloji Təminat

Bədən tərbiyəsi və İdmanda Tibbi-bioloji Təminat üzrə magistr proqramı bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat üzrə nəzəri və metodiki bilik və bacarıqları, bu sahədə peşə fəaliyyətinin xüsusiyyətlərini, qarşıya çıxan problemlərin araşdırılması yollarını və tədqiqatı metodlarını özundə əks etdirir. Proqram həmçinin, yüksək dərəcəli idmançılarda yaranan travmaların reabiltasiya yolu ilə aradan qaldırmasını, həm məişət və həm də idman peşə fəaliyyətində fiziki və funksional hərəkət komplekslərindən istifadə və idmanın və bədən tərbiyəsinin sağlam və keyfiyyətli həyat tərzi üçün əhəmiyyətini əhatə edir. Beynəlxalq təcrübəni öyrənmək və kariyeranızı daha da genişləndirmək, biliyinizi artırmaq, elmi-pedaqoji və elmi-tədqiqat işlərinə qoşulmaq istəyirsinizsə, o zaman bu proqramı sizin üçündür.

Bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat ixtisası üzrə proqram “Təhsil haqqında” Azərbaycan Respublikası qanununun və Nazirlər Kabinetinin müvafiq qərarlarını özündə ehtiva edir. Proqram Avropa Kredit Transfer Sisteminə (Boloniya) uyğun olaraq 120 kreditdən ibarətdir. Proqramın icrası müddətində tələbələr bir çox digər nüfuzlu tibbi-bioloji yönümlü təşkilatlarında və idman ocaqlarında təcrübə keçmək imkanlarına malik olacaqlar.

Bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat ixtisası üzrə siz tibbi-bioloji fənnlər üzrə daha dərin biliklərə yiyələnəcək, atletika, gimnastika, üzgüçülük və idmanın digər növləri ilə müalicənin, bərpaolunmanın sirlərinə yiyələnməyi öyrənəcəksiniz. İdmanın tibbi-bioloji fənnlərlə müştərəkliyi dərmansız müalicənin açarıdır. Sizi bu açara sahib olmağa dəvət edirik.