Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Magistr proqramlarına aid ən tez-tez verilən suallar

Bədən Tərbiyəsi və İdman Akademiyasında təklif olunan ingilis dilli

Magistr proqramlarına qəbul ilə bağlı tez-tez yaranan

SUALLARIN SİYAHISI

1.         Magistr proqramlarına kimlər müraciət edə bilərlər?

  • “İdman Jurnalistikası” magistr proqramı üçün – Qəbul olunmuş istənilən yerli və ya xarici təhsil müəssisəsini bakalavr dərəcəsi ilə bitirmiş məzunlar (eləcə də, jurnalist kimi və rabitə sahəsində fəaliyyət göstərən şəxslər) bu proqrama müraciət edə bilərlər. Müraciət edənlərin ingilis dili bilikləri başlanğıc üçün IELTS 5 səviyyəsində olmalıdır.
  • “İdman Tibbi və Reabilitasiyası” magistr proqramı üçün – Bu proqram xüsusi olaraq tibb həkimləri üçün nəzərdə tutulmuşdur. Müraciət edənlər təhsil müddətindən sonra minimum 1 illik klinik təcrübəyə malik olmalıdırlar. Onların İngilis dili biliklərinin IELTS / TOEFL 6.5 / 83 səviyyəsində olması şərtdir.
  • “İdman Menecmenti” magistr proqramı üçün – Qəbul olunmuş istənilən yerli və ya xarici təhsil müəssisəsinin bakalavr dərəcəsini bitirmiş namizədlər bu proqrama müraciət edə bilərlər. Müraciət edənlərin İngilis dili biliklərinin IELTS / TOEFL 6.5 / 83 səviyyəsində olması şərtdir.

2.         Mən proqrama necə müraciət etməliyəm?

  • Akademiyanın sport.edu.az saytında tələbə qeydiyyat prosesini asanlaşdıran bölmə mövcuddur. Həmin bölmədə “müraciət forma”sını dolduraraq asanlıqla qeydiyyatdan keçə bilərsiniz: sport.edu.az/az/admissions

3.         Qeydiyyat üçün son tarix nə vaxtdır?

  • Beynəlxalq müraciətlər üçün son tarix 2018-ci il mayın 1-dir.   
  • Yerli müraciətlər üçün 1-ci mərhələ üzrə son tarix -12 fevral, 2-ci mərhələ üzrə - 1 may 2018-ci il.

4.         Əlavə suallarla bağlı kimlə əlaqə saxlamalıyam?

  • Akademiyanın Beynəlxalq Əlaqələr Ofisi sizə məmnuniyyətlə kömək edəcəkdir. Zəhmət olmasa, sualınız olarsa həmin şöbənin əməkdaşları Ülviyyə Nuriyeva (ulviyya.nuriyeva@sport.edu.az) və Şükür Quliyev (shukur.guliyev@sport.edu.az) ilə əlaqə saxlayın.

 Əlaqə üçün telefon nömrələri: +994 12 564 09 02,

 Ünvan: Azərbaycan, Bakı, F. Xoyski küç. AZ1072.

5.         Təhsil haqqı nə qədərdir?

            Xarici tələbələr üçün təhsil haqqı:

  • “İdman Jurnalistikası” magistr proqramı - (1,5 il): təhsil haqqı birinci il (2 semestr) üçün 2500 dollar və ikinci il üçün (1 semestr) 1250 dollardır. Bu ixtisas üzrə magistr proqramında təhsil haqqının ümumi məbləği 3750 ABŞ dollar təşkil edir.
  • “İdman Tibbi və Reabilitasiyası” magistr proqramı - (2 il): 1 təhsil ili 4500 dollardır. Ümumi təhsil haqqı isə 9000 ABŞ dollar təşkil edir.
  • “İdman Menecmenti” magistr proqramı - (2 il): 1 illik təhsil haqqı 2500 dollardır. Tam kursun təhsil haqqı 5000 ABŞ dollar təşkil edir.

Yerli tələbələr üçün:

  • Azərbaycan vətəndaşı olan tələbələr üçün təhsil haqqı məbləğləri müvafiq olaraq 3750 (“İdman Jurnalistikası” MA), 9000 (“İdman Tibbi və Reabilitasiyası” MSc) və 5000 (“İdman Menecmenti” MA) AZN təşkil edir.

6.         Müsahibə hansı tarixdə olacaqdır?

  • Azərbaycan vətəndaşı olan namizədlər üçün müsahibə adətən may ayının birinci həftəsində keçirilir. İnternet saytımızda bu barədə ətraflı məlumat veriləcəkdir.

7.         Qəbul olunub-olunmadığım barədə necə öyrənəcəyəm?

  • Müsahibədən təxminən 5 gün sonra hər bir namizədə nəticələr barədə məlumat veriləcək.

8.         Təhsil aldığımız müddət harada yaşayacağıq?

  • Akademiyanın ətrafında müvəqqəti yaşayış yerlərinin geniş seçimi mövcuddur. Mənzil kirayə haqları bir çox Avropa şəhərlərindəki kimi və ya ondan daha ucuzdur. Məsələn, bir aylıq mənzil kirayə haqqı təxminən 300 ABŞ dolları həcmindədir. Əgər həmin mənzili başqa bir yoldaşla paylaşsanız bu qiymət 150 ABŞ dollarına kimi düşə bilər. Sizə müvafiq mənzillərin tapılmasında Akademiyanın Beynəlxalq Əlaqələr Ofisi köməklik göstərəcəkdir.
  • Əlavə variant olaraq siz otellərdə qalmağı da seçə bilərsiniz. Bakı şəhərində mövcud olan otellərlə bağlı məlumatı aşağıdakı link vasitəsilə əldə edə bilərsiniz: azerbaijan.travel/en

9.         Bir xarici tələbənin Bakıdakı orta aylıq yaşayış xərcləri nə qədərdir?

  • Aşağıdakı verilmiş olan linkdən Bakıda əmtəə və xidmət qiymətləri və s. barədə ətraflı və aydın məlumat ala bilərsiniz: numbeo.com/cost-of-living/

10.       Bakıda xarici tələbələrin asudə vaxt keçirməsi üçün nə kimi əyləncə imkanları var?

  • Bakı yaşamaq, təhsil almaq və gözəl vaxt keçirmək üçün əla şəhərdir. Bakıda dolğun gecə həyatı, geniş seçimdə mədəni, əyləncəli və idmanla bağlı imkanlar mövcuddur. Əlavə məlumat üçün bu linkə baxa bilərsiniz: azerbaijan.travel/en

11.       Akademiyada tələbələr üçün pulsuz idman və məşq zalları varmı?

  • Bizim Akademiyada müasir, lazımi avadanlıq və qurğularla təchiz olunmuş idman və məşq zalları vardır. Həmin zallarda peşəkar məşqçilər fəaliyyət göstərir. Bütün tələbələr bu zallardan pulsuz istifadə edə bilərlər.

12.       Tələbələrin Akademiyadakı kitabxana və digər elektron məlumat resurslarından istifadə etmək imkanı varmı?

  • Bütün tələbələr qeydiyyatdan keçdikdən sonra Akademiyanın kitabxana və digər elektron məlumat resurslarından sərbəst və rahat şəkildə istifadə edə bilirlər.

13.       Mən Akademiyaya qəbul olsam, ingilis dilindən əlavə Azərbaycan dilini də öyrənməliyəm?

  • Təqdim olunan bu ixtisaslar üzrə magistratura proqramları üçün yalnız ingilis dili biliyi kifayətdir, belə ki, həmin proqramlar üzrə dərslər tamamilə ingilis dilində tədris olunur.

14.       Mən təhsil müddətində Azərbaycanda necə qalacağam? Mənə hansı viza növü lazımdır?

  • Birinci siz aşağıdakı linkdən istifadə etməklə e-viza (təhsil növü) üçün müraciət etməlisiniz: evisa.gov.az/en/. Bu ölkəyə giriş vizasının etibarlılıq müddəti 30 gündür. Siz gəldikdən sonra Akademiyada Sizin üçün Azərbaycanda Müvəqqəti yaşayış icazəsinin alınması ilə bağlı köməklik göstəriləcəkdir. Bu sənəd sizə Azərbaycana və Azərbaycandan başqa ölkələrə səyahət etmə səlahiyyəti verəcəkdir. Bu icazənin müddəti 6 aydan  1 ilə kimidir və təhsil müddətinizdən asılı olaraq mütəmadi yenilənəcəkdir.

15.       Mənə sağlamlıq sığortası lazımdır?

  • Sağlamlıq sığortası tələb olunmur amma tövsiyə olunur. Sağlamlıq sığortası istədiyiniz təqdirdə sizə ən uyğun sığorta paketinin araşdırılmasında kömək göstərə bilərik.

16.       Azərbaycana gəldikdə mənə tibbi müayinədən keçmək lazım olacaq?

  • Bəli. Siz Akademiyaya gəldikdə tibbi müayinədən keçməniz üçün sizi hospitala yönləndirəcəyik. Buna QİÇS, hepatit B və C, o cümlədən sinir sisteminin tibbi müayinəsi daxildir. Bu müayinənin nəticələri Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin alınması zamanı Dövlət Miqrasiya Xidmətinə təqdim olunmalıdır. Bu müayinələrin xərclərini (təxminən 130 – 180 ABŞ dolları məbləğində) Siz ödəyəcəksiniz.

17.      Məni hava limanında qarşılayacaqsınızmı?

  • Heydər Əliyev adına Beynəlxalq Hava Limanından şəhərin müxtəlif istiqamətlərinə münasib qiymətlərə və rahat istifadə oluna bilən avtobus və taksi marşrutlar işləyir. Daha çox məlumat əldə etmək üçün aşağıdakı linkə baxın: azerbaijan24.com/about/transport/bus_baku_airport. Xüsusi ehtiyacınız olarsa, bizə öncədən məlumat vermək şərtilə sizi hava limanında qarşılaya bilərik. Umumilikdə xahiş edirik, bizə səyahət planınız və tarixləriniz haqqında əvvəlcədən düzgün və ətraflı məlumat verəsiniz. Bu bizim sizə müvafiq vaxtda zəruri olan köməkliyi göstərə bilməyimiz üçün şərtdir.

18.       Özümlə hər hansı bir tərcümə olunmuş və hüquqi şəkildə təsdiqlənmiş sənəd gətirməliyəm?

  • Bitirdiyiniz ali təhsil müəssisələrinin diplomlarını gətirib Bakıda notarial qaydada tərcümə etdirməli və təsdiqləməlisiniz. Bu diplom(lar) orijnal olmalıdır. Bundan

əlavə Azərbaycana gəlmədən öncə siz bu diplomu/diplomları oz ölkənizdə ingilis dilinə tərcümə etdirib notarial qaydada təsdiqlətməlisiniz. Bu suala daha ətraflı cavab və aydınlaşdırma tələb olunduğu halda bizə müraciət edə bilərsiniz.

19.       Universitetdəki surətçıxarma və printer avadanlıqlarından istifadə etmək imkanım olacaqmı?

  • Bu xidmətlər Akademiyada mövcuddur və Siz ödənişli əsaslarlarla onlardan istifadə edə biləcəksiniz.

20.       Azərbaycanda iş imkanları varmı?

  • Azərbaycan bir çox böyük beynəlxalq idman və mədəniyyət tədbirlərinə ev sahibliyi edir. Bizim Akademiyanın bu tədbirlərin əməliyyat komitələri ilə güclü əlaqələri vardır. Biz tələbələrimizin belə beynəlxalq tədbirlərdə çalışması və gələcək üçün müvafiq iş təcrübəsi əldə etməsini dəstəkləyir və onlara bu sahədə lazımi köməklik göstəririk.

21.       Diplom işini yazdığım müddətdə dərslərə gəlməyimə ehtiyac var?

  • Diplom işi yazıldığı müddətdə tələbələrdən bütün dərslərdə iştirak etmələri tələb olunmur.

22.       Diplom işi mövzusunu özüm tapmalıyam?

  • Ümumiyyətlə, müxtəlif mövzu sahələri proqram tərəfindən təmin olunur və tələbələrlə müzakirə edilir. Seçim razılaşdırıldıqdan sonra, tələbələr proqram tyutorlarının dəstəyi və nəzarəti ilə diplom işlərini işləyir və tamamlayırlar. “İdman Jurnalistikası” proqramında isə tələbələr praktiki media layihəsini və diplom işi arasından seçim edə bilərlər.

23.        Diplom işini şirkətlə əməkdaşlıq çərçivəsində yazmaq mümkündürmü?

  • Diplom işi mövzusu və yanaşma Akademiya ilə razılaşdırılıdığı təqdirdə və diplom işi etik və akademik göstərici uyğundursa, tələbələrin müxtəlif idman qurumları ilə əməkdaşlığına etiraz olunmur.

24.       Orada sağlam həyat tərzini saxlamaq üçün orqanik ərzaq mağazaları və ya bazarları   mövcuddurmu?

  • Yerli bazarlar orqanik və yerli kənd təsərrüfatı məhsullarının əldə edilməsi üçün geniş imkanlar yaradır.