Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Ümumi məlumat

 

Doktorantura və dissertanturada kadr hazırlığı aşağıdakı ixtisaslar üzrə aparılır

5806.01 – Fiziki tərbiyənin, idman təliminin nəzəriyyəsi və metodikası.

3245.01 – Bərpa təbabəti, idman təbabəti, müalicəvi bədən tərbiyəsi, kurortologiya və fizioterapiya

 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 2020/2021-ci tədris ilindən doktorantura təhsili

  • Fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir;
  • Doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir;
  • Akademiya elmi və elmi-pedaqoji kadr hazırlığını dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırır;
  • Doktoranturada təhsil dövlət hesabına və ödənişli əsaslarla həyata keçirilir;
  • Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə hazırlıq müddəti 4 ildir.
  • Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir.
  • Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya  qəbul olmaq istəyən namizəd xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən qəbul imtahanı verirlər.
  • Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar.
  • Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfə və ixtisas fənnindən imtahana buraxılırlar.
  • İmtahan və müsahibənin nəticələrinə uyğun olaraq tələbləri ödəyən namizəd ADBTİA-nın doktorant və dissertantları sırasına daxil edilir.

            Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

  • ərizə (Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektorunun adına);
  • kadrların şəxsi-qeydiyyat vərəqi;
  • tərcümeyi-hal;
  • 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
  • iş yerindən xasiyyətnamə;
  • əmək kitabçasından çıxarış;
  • çap olunmuş elmi işlərin siyahısı;
  • «Fəlsəfə doktoru» və ya «Elmlər namizədi» elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;
  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında doktoranturaya fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

-        ərizə (Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektorunun adına);

-       kadrların şəxsi-qeydiyyat vərəqi;

-       tərcümeyi-hal;

-       2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

-       iş yerindən xasiyyətnamə;

-       iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

-       çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

-       ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

-       şəxsiyyəti təsdiq edən sənədin surəti

 

Əcnəbilərin vətəndaşlar tərəfindən təqdim ediləcək sənədlərin siyahısı

  • Seçdikləri ixtisas, tədris dili və təhsilalma forması göstərilməklə, təhsil müəssisəsinin rəhbərinin adına ərizə (ərizə elektron formada da təqdim edilə bilər);
  • Əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti (surətləri);
  • Əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) tanınması haqqında şəhadətnamə (nostrifikasiya);
  • Sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış;
  • Etibarlı sərhədkeçmə sənədi;
  • 3x4 ölçüdə 6 ədəd fotoşəkil;
  • Tədris dilindən imtahan verilməsi barədə sertifikat (mövcud olduğu halda);
  • Fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda).