Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Doktoranturanın yaradılması

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli  Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın qarşıya qoyduğu vəzifələrdən irəli gələrək idman təhsilini dünya standartlarına uyğunlaşdırmaq, keyfiyyətini artırmaq, yerli və beynəlxalq idman əmək bazarlarında rəqabətqabiliyyətli kadrlar hazırlamaq zərurəti yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanmasını labüd etmişdir. Bu məqsədlə son illər ərzində Akademiyada düşünülmüş və ardıcıl islahatlar aparılmış, maddi-texniki və elmi-tədris bazası yenidən qurulmuş, əcnəbi professor-müəllim heyəti tədris prosesinə cəlb edilmiş və dünyanın qabaqcıl universitetlərinin mütəxəssisləri ilə elmi-tədqiqat işlərinə başlanılmış, beləliklə də akademik heyətin keyfiyyət səviyyəsinin qaldırılması üçün müvafiq şərait yaradılmışdır.

Görülən işlərin məntiqi nəticəsi olaraq, 90 illik tarixində ilk dəfə olaraq Akademiyada elmi potensialı daha da gücləndirmək, yerli elmi-pedaqoji kadrları hazırlamaq, akademik heyətin keyfiyyət səviyyəsini qaldırmaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2019-cu il tarixli 508 nömrəli qərarı ilə pedaqogika və tibb elmləri üzrə fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktorantura təhsili olunmuş, bununla da idman sahəsində yüksəkixtisaslı elmi kadrların hazırlanmasına daha geniş imkanlar yaradılmışdır.

Bununla da, Akademiyanın magistrləri magistratura səviyyəsində təhsillərini bitirdikdən sonra Akademiyada idman ixtisasları sahəsində doktoranturada təhsillərini davam etdirmək imkanı əldə edəcəklər. Bu ilk Akademiyada yeni nəsil peşəkar akademik heyətin formalaşdırılması üçün çox önəmlidir.