Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Gimnastika zalı

Gimnastika ixtisası və gimnastika üzrə ümumi kurs fənninin tədrisi üçün nəzərdə tutulub. 2017-ci ildə zalda əsaslı təmir işləri həyata keçirilmişdir. Zalda müasir standartlara cavab verən alətlər, tələbələr üçün tərtib olunmuş hərəkətlərin öyrədilməsi üçün müvafiq avadanlıqlar quraşdırılmış (gimnastika xalçası, turniklər, halqalar, atlar, paralel qollar, gimnastika tiri), gimnastika fənninin yüksək səviyyədə tədrisi üçün bütün şərait yaradılmışdır.