Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Elmi-tədris laboratoriyası

Təhsil sistemi ölkənin innovasiya inkişafının ən əhəmiyyətli resursudur. Ali təhsildə keyfiyyətin artırılması Azərbaycanın təhsil siyasətində ən əhəmiyyətli prioritetlərdən biridir. Bu sözsüz ki, bədən tərbiyəsi və idman sahəsində təhsilə də aiddir.

2017/2018-ci tədris ilindən başlayaraq bakalavriat (050815 bədən tərbiyəsində və idmandareabilitasiya) və magistratura (060802 - idman tibbi və reabilitasiya) səviyyələrində yeni ixsisasların daxil edilməsi, həmçinin mövcud olan ixsisaslar üzrə tədris proqramlarının təkmilləşdirilməsi, keyfiyyətli kadrların hazırlanması üçün elmi-tədris bazasının yaradılması ehtiyacını tələb edir.

Akademiyanın təxminən 3800 tələbəsi hər il müəyyən biliklərin və praktiki bacarıqların inkişafını tələb edən müxtəlif fənlər keçir: dinamik anatomiya, fiziologiya, idman fiziologiyası, idman morfologiyası, idman tibbi, müalicə-bədən tərbiyəsi kompleksi, masaj və s.

ADBTİA tədris-elmi laboratoriyasının məqsədi:

  1. Bədən tərbiyəsi və idman sahəsində yüksək ixtisaslı, beynəlxalq və yerli əmək bazarında rəqabətqabiliyyətli kadr potensialının hazırlığında bilavasitə iştirak etmək. Tədris prosesinin keyfiyyətinin təminatı, həmçinin:
  • Sağlamlıq vəziyyətinin psixofizioloji monitorinqi və fiziki hazırlığın səviyyəsinin təyini sahəsində praktiki bacarıqların tələbələr tərəfindən mənimsənilməsi üçün şəraitin yaradılması, həmçinin idmançıların və bədən tərbiyəsi ilə məşğul olan şəxslərin məşqdənkənar bərpa metodları ilə işləmə qabiliyyətinin artırılması.
  • İdmançıların və bədən tərbiyəsi ilə məşğul olan şəxslərin psixofizioloji monitorinqi metodları ilə bağlı elmi cəhətdən metodik və tədris materiallarının tədris prosesinə hazırlığı və tətbiq edilməsi.
  1. Akademiyanın professor-müəllim heyətinin elmi potensialının inkişaf etdirilməsi:
  • Tələbələr, magistrantlar və kafedra müəllimləri üçün tibdən kənar sağlamlaşdırıcı texnologiyaların idmançıların psixofizioloji monitorinqinin aktual sahələrində elmi-tədqiqat işlərinin aparılması üçün şəraitin yaradılması.
  1. İdman fiziologiyası, kineziologiya və tətbiqi kinezioterapiya, idman psixologiyası sahəsində elmi araşdırmaların prioritet istiqamətlərinin inkişaf etdirilməsi.
  2. İdmançıların hazırlıq prosesinin, həmçinin uşaq-gənclər idman məktəbi şagirdlərinin elmi, tibbi-bioloji və psixoloji təminatının həyata keçirilməsi.
  3. Respublikada idman kadrlarının təkmilləşdirilməsinin, yenidən hazırlanmasının möhkəmləndirilməsində və inkişafında iştirak etmək.