Azerbaijan State Academy of Physical Education and Sport

İmtahan yazılı olur yoxsa şifahi?

Akademiyada bakalavr səviyyəsində imtahanlar test üsulu ilə ənənəvi şəkildə keçirilir. İmtahandatələbələrə 25 sual verilir ki, bu suallardan 20-i qapalı, 5-i açıq olur. İmtahandan 1 həftə öncə tələbələrə hazırlaşmaq üçün hər fənn üzrə 500 test verilir. Siz imtahana rahatlıqla kitabxana və test otaqlarında hazırlaşa bilərsiniz. Qeyd edək ki, açıq suallar öncədən verilmir. İmtahanda 1 sual 2 bala bərabərdir və siz minimum 9 suala düzgün cavab verməlisiniz (İmtahandan müvəffəq qiymət almaq üçün minimal bal 17-dir). İmtahandan uğurlu nəticə qazanmaq üçün davamiyyət, sərbəst iş, kollokvium, imtahandan topladığın balların cəmi 51-i keçməlidir. İmtahan tam şəffaf şəkildə keçirilir və imtahanın gedişatında problem yarandıqda, nəticələrinizlə razılaşmadıqda İmtahan Qərargahına yaxınlaşa bilərsiniz.