Azerbaijan State Academy of Physical Education and Sport

Kredit nədir?

Təhsil müddətində neçə kredit toplamalıyam?

Təhsil krediti – fənnin məzmununa və həcminə uyğun olaraq, onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahididir; 1 kredit 30 saata bərabərdir.

Qeyd edək ki, tədris ili iki semestrdən – yəni payız və yaz semestrindən ibarətdir. Bundan əlavə, yay tətili müddətində yay semestri də təşkil oluna bilər. Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir- yəni 45 saatdır. (yay semestri istisna olmaqla). Siz bir semestr (15 həftə) və onun ardınca gələn imtahan sessiyası (5 həftə) ərzində toplam 30 kredit toplamalısınız (qiyabi təhsilalma formasında 24 kredit). Unutmayın ki, bakalavriat səviyyəsində (əyani təhsilalma formasında 4 il, qiyabi təhsilalma formasında 5 il) diplom almaq üçün 240 kredit toplamaq şərtdir.