Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Missiyamız və dəyərlərimiz

  1. Bizim missiyamız Azərbaycanda sağlam nəsillərin yetişməsinə ciddi töhfə vermək, ölkənin beynəlxalq idman oyunları sahəsində  əldə etdiyi nailiyyətləri qoruyub saxlamaq və daha da inkişaf etdirməkdir.
  2. Bizim niyyətimiz beynəlxalq tələblərə cavab verən, ölkə vətəndaşlarının sağlamlığına və rifahına xidmət etməyə hazır, idmançılarımızın davamlı yüksək nəticələr əldə etməsinə vəsilə ola biləcək fiziki tərbiyə müəllimlərinin, məşqçilərin, idman menecerlərinin və idman tibbi və reabilitasiyası mütəxəssislərinin yetişdirilməsidir.
  3. Bizim dəyərlərimiz ədalət, komanda işi, cəmiyyətin inkişafina xidmət, məsuliyyət, multi-kulturalizm və liderlikdir.