Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Akademiyanın tarixi

  • 1930

    Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tarixi 8 noyabr 1930-cu ildən başlayır. Həmin gün M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının indiki binasında Zaqafqaziya Dövlət Cismani Mədəniyyət İnstitutunun təntənəli açılışı həyata keçirilmişdir. İnstitutun əsas vəzifəsi bədən tərbiyəsi müəllimləri, məşqçilər, kütləvi bədən tərbiyəsi və idman işləri üzrə təşkilatçılar, müalicə bədən tərbiyəsi metodistləri hazırlamaq idi
  • 1933

    1933-cü ildə Zaqafqaziya Dövlət Bədən Tərbiyəsi İnstitutunun 39 nəfərdən (6 qız, 33 oğlan) ibarət ilk buraxılışı oldu
  • 1936

    1936-cı ildən bu ali məktəb Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu adlanırdı
  • 1999

    1999-cu ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası kimi fəaliyyətini davam etdirmişdir
  • 2015

    85 il ərzində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 30 min nəfərdən artıq mütəxəssis hazırlamışdır
  • 2017

    Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası idman təhsili sahəsində yüksək ixtisaslı mütəxəssisləri hazırlamaq üçün bütün imkanları yaradan müasir ali təhsil məktəbidir. Akademiya idman təhsilini dünya standartlarına uyğunlaşdırmaq, təhsilin keyfiyyətini artırmaq və beynəlxalq əmək bazarında rəqabət qabiliyyətinə malik mütəxəssislər hazırlamaq kimi hədəfləri qarşısına qoymuşdur.Bu məqsədlərə nail olmaq üçün 2016-cı ildən başlayaraq Akademiyada ardıcıl islahatlar aparılır, tam yeni infrastruktur yaradılır (elektron kitabxana, tədris laboratoriyaları, sürətli internet və s.), təhsil imkanları genişləndirilir (distant və onlayn təhsil imkanları, İKT-nin tətbiqi, tələbə və professor-müəllim heyətinin mübadiləsi, elmi-tədqiqat işlərinin aparılması və s.), beynəlxalq təcrübə öyrənilir və beynəlxalq əməkdaşlıqlar qurulur