Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Şəhidlər

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuların arasında Akademiyanın 15 şəhidi var. Ömrümüzün sonunadək Sizi qürur və hörmətlə anacağıq. Allah rəhmət eləsin!

 

 

Əsgər Astanlı İqbal İlqar oğlu

1997 - 2020 | 2019-cu il məzunu

Tərtər rayonu Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Əsgər İqbal Astanlı Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərərək ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) İkinci Qarabağ müharibəsində şəhid olmuş 15 məzunumuzla bağlı silsilə süjetləri məzun şəhidlərimizin adlarına təsis edilmiş fəxri təqaüdlərə layiq görülmüş tələbələrimiz hazırlayıb.
Belə ki, 15 tələbəmizin hər biri aldığı təqaüdə adı verilmiş şəhidimiz haqqında məlumat. İlk videoçarx Astanlı İqbal İlqar Oğlu haqqındadır.

 

 

Gizir Babayev Rəşad Ağabəy oğlu 

1992 - 2020 | 2013-cü il məzunu

Hadrutun azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Gizir Rəşad Babayev Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərərək ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Zəfər tariximiz olan İkinci Qarabağ savaşında Akademiyanın 15 məzun şəhidinin adını əbədiləşdirmək üçün təyin olunan fəxri təqaüd haqqında hazırlanan növbəti videoçarx Şəhid Rəşad Babayev haqqındadır.

 

 

Baş leytenant Ələkbərov Telman İqdam oğlu 

1991 - 2020 | 2018-ci il məzunu

Telman Ələkbərov İkinci Vətən Müharibəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Baş leytenant Telman Ələkbərov Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərərək ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Qanları bahasına tarix yazan əsl qaliblər! Bu siyahıda Akademiyamızın 15 şəhid məzunu da var. Onların adlarını əbədiləşdirmək üçün təyin olunan fəxri təqaüd haqqında hazırlanan növbəti videoçarx şəhid baş leytenant Telman Ələkbərov haqqındadır.

 

 

Əsgər Əliyev Ramid Kamal oğlu 

1996 - 2020 | 2017-ci il məzunu

Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ramid Əliyev Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərərək ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə“ və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Kimisi gözünü, kimisi qolunu, kimisi də canını verdi, amma Qarabağı vermədi bu igidlər. Bu siyahıda Akademiyamızın 15 məzun şəhidi var.

Onların adlarını əbədiləşdirmək üçün təyin olunan fəxri təqaüdlər haqqında hazırlanan növbəti videoçarx şəhid Ramid Əliyev haqqındadır.

 

 

Əsgər Əlizadə Nəriman Nurəhməd oğlu 

1998 - 2020 | 2019-cu il məzunu

Akademiyanın futzal komandanın üzvü, Respublika tələbə spartakiadasının qalibi Nəriman Əlizadə Füzulinin azad olunması uğrunda döyüşlərdə şəhid olub. O, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərərək ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Xalqın evə dönüşünü qanları ilə yazan cəsur və mərd Azərbaycan oğulları arasında Akademiyamızın 15 şəhid məzunu da var.

Onların adlarını əbədiləşdirmək üçün təyin olunan fəxri təqaüd haqqında hazırlanan növbəti videoçarx şəhid Nəriman Əlizadə haqqındadır.

 

 

Leytenant Əlizadə Pərvin Vüqar oğlu 

1993 - 2020 | 2015-ci il məzunu

İkinci Vətən Müharibəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Leytenant Pərvin Əlizadə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərərək ölümündən sonra “Vətən uğrunda” , “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Cəsur və mərd Azərbaycan oğulları arasında Akademiyamızın 15 şəhid məzunu da var.

Onların adlarını əbədiləşdirmək üçün təyin olunan fəxri təqaüd haqqında hazırlanan növbəti videoçarx şəhid Pərvin Əlizadə haqqındadır.

 

 

Əsgər Həsənov Teymur Mahal oğlu 

1989 - 2020 | 2011-ci il məzunu

Füzuli və Qubadlı istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Əsgər Teymur Həsənov Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərərək ölümündən sonar “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.


Allah rəhmət eləsin!


Mövzu Vətən olunca, onların qarşısını heç kim kəsə bilməz. Söhbət “təki Vətən sağ olsun!” deyib düşmən qarşısına keçən, ərazi bütövlüyümüz üçün canını fəda edən igid oğullarımızdan gedir. Onlar var olduqca, Azərbaycan da var olacaq. Onları örnək alan gənclik isə Vətənin sabahı və ümidinə çevriləcək. ADBTİA məzun şəhid Teymur Həsənov haqqında hazırlanan növbəti videoçarxı təqdim edir.

 

 

Leytenant Hüseynov Eldost Asəf oğlu

1996 - 2020 | 2018-ci il məzunu

İkinci Qarabağ Müharibəsinin uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Eldost Hüseynov Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərərək ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Vətən torpaqlarına qovuşan və qovuşduran, xalqın evə dönüş yolunu çəkən Azərbaycan igidləri. ADBTİA böyük fəxr və qürurla 15 məzun şəhid və igidinin adını əbədiləşdirmək üçün təyin olunmuş fəxri təqaüd haqqında hazırlanan növbəti videoçarxı sizə təqdim edir: Şəhid Leytenant Eldost Hüseynov

 

 

Baş leytenant Qasımlı Muxtar Əli oğlu 

1993 - 2020 | 2013-cü il məzunu

Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Baş leytenant Muxtar Qasımlı Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərərək ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Vətən, yurd sevgisi bütün canlılarda olsa da, yalnız insan bu eşqin ən alisinə sahibdir. Akademiyamızın 15 məzun şəhidi bu sevgi ilə doğulan və vətən sevgisinin ən yüksək zirvəsi olan şəhidlik məramına ucaldılar. ADBTİA şəhidlərimizin adını əbədiləşdirmək üçün fəxri təqaüd təyin edib və silsilə videoçarx hazırlayır.

Bu video materialda şəhid baş leytenant Muxtar Qasımlıdan danışacağıq.

 

 

Leytenant Məmmədov Fərid Vəlhad oğlu 

1990 - 2020 | 2019-cu il məzunu

25 oktyabr 2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Fərid Məmmədov döyüşlər zamanı öz tabeçiliyində olan əsgərləri üç dəfə düşdükləri pusqudan xilas edib və sonda yağı düşmənin atdığı qrad raketinin altı qəlpəsi bədəninin müxtəlif hissələrinə daxil olub, çoxlu qan itirməsi nəticəsində şəhidlik zirvəsinə ucalıb. Fərid Məmmədov Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərərək ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Müqəddəs Vətəni, ulu torpağı uğrunda döyüşən, qanlarını bayrağının rənginə qatacaq qədər cəsur oğullar Siz daim xatırlanacaq və yaddaşımızda qalacaqsınız.

 

 

Leytenant Muradov Siyavuş Akif oğlu

1991 - 2020 | 2013-cü il məzunu

Azərbaycan Milli Ordusunun zabiti, leytenant Siyavuş Muradov Şuşa istiqamətində Xocavənd rayonunun ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Siyavuş Muradov Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərərək ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Qarabağ daha çox qara bağlamasın deyə yola çıxdılar, xalqa qələbə sevinci bəxş etdilər. Bu çətin, amma müqəddəs yolda Akademiyamızı təmsil edən 15 qəhrəmanın adının olması bizi daim qürurlandıracaq.

ADBTİA 15 məzun şəhidin adını əbədiləşdirmək adına, fəxri təqaüd təyin edib və növbəti təqdimat şəhid leytenant Siyavuş Muradov haqqındadır.

 

 

Əsgər Orucov Ürfan Firdovsi oğlu

1996 - 2020 | 2018-ci il məzunu

Hadrutun azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Əsgər Ürfan Orucov Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərərək ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Vətən bir ovuc torpaq, bir damla su, bir nəfəs havadır əslində.

Hər qarışını, hər damlasını, hər zərrəsini sevməsən Vətəni sevə bilməzsən.

Bu sözlərlə böyümüş, beləcə sevmişik yurdumuzu.

İkinci Qarabağ savaşında döyüşən qəhrəmanlar isə Vətənə sevginin ən bariz nümunəsidir.

Akademiyamız 15 məzun şəhid və igidin adını əbədiləşdirmək üçün fəxri təqaüd təyin edib. Növbəti videoçarxda biz sizə şəhid Ürfan Orucov haqqında məlumat veririk.

 

 

Əsgər Vəliyev Vüqar Emin oğlu 

1995 - 2020 | 2013-cü il məzunu

Suqovuşan qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Vüqar Vəliyev Ağdam rayonunun 18 nömrəli tam orta məktəbində Fiziki tərbiyə müəllimi kimi çalışırdı. O, 2019-cu ildə müəllimlərin işə qəbulu müsabiqəsində uğur əldə edərək sözü gedən məktəbdə pedaqoji fəaliyyətə başlamışdır. Əsgər Vüqar Vəliyev Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərərək ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Hər kəsə bəyandır bu ki həmişə, Şəhiddən cənnətin qoxusu gəlib.

Bu Vətən nə gözəl lay-lay deyib, Ki bu qədər igidin yuxusu gəlib.

İkinci Qarabağ savaşında üç minə yaxın Azərbaycan şəhidi siyahısında ADBTİA-nın 15 məzun şəhidinin olması bizim üçün böyük qürür mənbəyidir.

Onların adını əbədiləşdirmək üçün təyin olunan fəxri təqaüd haqqında hazırladığımız növbəti sujet şəhid Vüqar Vəliyevdən bəhs edir.

 

 

Əsgər Yusif-zadə Ramil Adəm oğlu 

1998 - 2020 | 2019-cu il məzunu

Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Ramil Yusif-zadə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərərək ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

İnsanın mənəviyyatını zənginləşdirən ən gözəl duyğu Vətən sevgisidir. Bu hiss olduqca mücərrəd, sonsuz, əbədi və əzəli bir duyğudur. Onun uğrunda canını verənlər də qəlbi məhz bu sevgi ilə döyünənlərdi.

 

 

Leytenant Yusubov Elzar Süleyman oğlu 

1989 - 2020 | 2011-ci il məzunu

Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Leytenant Elzar Yusubov Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərərək ölümündən sonar III dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Füzülinin azad olunmasına görə” medalları ilə təltif olunub. 


Allah rəhmət eləsin!


Vətən mənim bu günüm,
Sabahkı toy-düyünüm.
Haqqım var ki, öyünüm
Azərbaycan deyəndə.

Ürəyi Azərbaycanla döyünən daha bir qəhrəmanımız İkinci Qarabağ müharibəsinin şəhidi Yusubov Elzar Süleyman oğludur.

Akademiyamızın məğrur və şücaətli oğulları sırasında artıq onun da adı səslənəcək.

Dərin təəssüf və eyni zamanda böyük qürur hissi ilə növbəti Şəhid məzunumuz haqqında videoçarxı Sizə təqdim edirik.