Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Stadion kompleksi

Ümumi sahəsi 16500 m2-dır. Ölçüləri 104x68 metrdir. 2300 tamaşaçı tutumuna malikdir. Futbol ixtisası və futbol üzrə ümumi kurs fənninin tədrisi üçün nəzərdə tutulub. Stadionun inşası 1970-ci ildə başa çatdırılıb və 1971-ci ildə istifadəyə verilib. Beynəlxalq standartlara uyğundur. 2004-cu ildə atletika sektoru beynəlxalq standartlara uyğun təmir edilib. Atletikanın bütün qaçış növləri üzrə beynəlxalq yarışların keçirilməsi üçün uyğundur.